Niyə UK?
Əgər siz özünüzün və yaxud uşaqlarınızın təhsilinə ciddi yanaşırsınızsa, onda sizin üçün ən yaxşı seçim Böyük Britaniyadır. Buradakı təhsil sistemi dünyada ən yaxşılarından biridir. Britaniyanın təhsil ocaqları beynəlxalq reytinqlərinə görə daim ön yerləri tuturlar. Böyük Britaniyanın ali təhsili bütün dünyada prestijli sayılır və yüksək nüfuza malikdir.
Britaniyanın qocaman təhsil sistemi yaşadığı dövrlərdə onu olduqca keyfiyyətli və effektiv edən bir çox dəyişikliklərə məruz qalıb. Böyük Britaniyanı seçərək siz mükəmməl təhsil keyfiyyəti və infrastruktur sayəsində qazanmış olursunuz.
Xarici dövlətlərdən tələbələri qəbul etmək üçün Britaniya məktəbləri, kollecləri və universitetləri yerli təhsil idarə orqanları və Birləşmiş Krallığın təyin etdiyi yüksək keyfiyyət standartlarına cavab verməlidirlər.
Böyük Britaniyada təhsil sistemi
Bu ölkədə tək dövlət təhsili deyil, həm də ödənişli fərdi təhsil xidməti sektoru olduqca inkişaf edib. Böyük Britaniyada təhsil 16 yaşa qədər bütün uşaqlar üçün məcburidir.
Dövlət quruluşunun xüsusiyyətlərinə görə Böyük Britaniyada təhsil sistemi İngiltərə, Uels, Şimali İrlandiya və Şotlandiya üçün müxtəlif altsistemlərə bölünür. Həmçinin, ənənəvi dörd pilləyə bölgü mövcuddur: ibtidai təhsil (Elementary School 5-11 yaş), orta təhsil (Secondary School 11-16 yaş), peşə təhsili (Further Education 16-18 let), ali təhsil (Higher Education).
Peşə təhsili
Bizim təhsil sistemimizdə Britaniyanın Further Education pilləsinin tam analoqu yoxdur. Bu pillə üzrə təhsil proqramları yerli təhsil müəssisələrinin həm orta, həm də ali təhsilinə uyğun ola bilər. Texniki və peşə kollecləri, birləşmiş məktəblər, istehsalat müəssisələrinin yanında peşə hazırlığı bölmələri - bu Further Education proqramının təklif etdiyi təxmini siyahısıdır.
Britaniya kolleci – məktəblə ali təhsil müəssisəsini birləşdirən bənddir. Məhz kolleclər texniki-peşə təhsilin əsas mərkəzləri hesab edilirlər. Çox vaxt kollecdə təhsil istehsalda praktiki fəaliyyətin sıx inteqrasiyasını nəzərdə tutur. Hazırda Böyük Britaniyada Further Education pilləli 700 yaxın təhsil ocağı mövcuddur, minimal təhsil proqramlarından tam mütəxəssis səviyyəsinə kimi.
Kollecdə təhsil alanların orta yaşı 16-18 yaş təşkil edir. Britaniya kolleclərinin təhsil proqramları hətta bir ixtisas üzrə fərqlənə bilər. Təhsil müddəti həmçinin – bir ildən beş ilədək. Kolleci bitirən tələbə ali məktəbə güzəştli və imtiyazlı şəkildə dərhal ikinci kursa daxil ola bilər.
Alı təhsil
Britaniya ali təhsili tam haqlı olaraq bütün dünyada məşhurdur. Çətin bir insan tapılsın ki Oxford və yaxud Cambridge universitetləri haqda məlumatı olmasın. Bu cür populyarlıq İngiltərə alı təhsilinin olduqca yüksək səviyyəsi ilə yanaşı xaricdə oxumaq istəyən tələbələrə dəstək göstərən Britaniya hökumətinin təhsil sahəsindəki məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Böyük Britaniyada ali məktəbə qəbul olmaq üçün A-levels imtahanlarından, Foundation Scottish highers proqramından uğurlu keçmək və yaxud Avropa ali məktəbinin beynəlxalq bakalavriat proqramı üzrə təhsil şəhadətnaməsinin sahibi olmaq lazımdır.
A-level müəyyən ixtisaslar üzrə iki-dörd fənnin öyrənilməsini nəzərdə tutan proqramdır, onların dərin öyrənilməsi iki il davam edir. Onu əvəzləyə biləcək Şotlandiyanın Scottish Highers proqramı üzrə hazırlıq iki dəfə az vaxt tələb edir. International Baccalaureate dünyanın 100-dən artıq ölkəsində rəsmi şəkildə qəbul edilmiş ən məşhur beynəlxalq proqramlardandır. Onun strukturu milli A-level proqramından daha genişdir. Bura məcburi surətdə altı fənnin öyrənilməsi daxildir: üç fənn əsaslı, digər üçü isə standart şəkildə öyrənilir. Proqram başa çatdıqda tələbələr həcmi 4 min sözdən ibarət esse yazırlar.
Böyük Britaniyada ali təhsilin strukturu Avropanın əksər ölkələrindən fərqlənmir. Birinci pillə - bakalavr dərəcəsidir, adətən bu üç illik proqramdır. Magistr dərəcəsi əlavə proqram üzrə təhsildən sonra verilir. Böyük Britaniyanın əksər ali təhsil məktəblərində bu 1 il təşkil edir. Nəhayət, son mərhələ - fəlsəfə doktoru pilləsi - PhD. Bu elmi adın alınması üçün İngiltərədə fərdi proqram üzrə 4 il müddətinədək hazırlıq aparılır. Sonda şəxsi tədqiqatlar əsasında dissertasiya yazılır.
Böyük Britaniyada alınan təhsil sizin parlaq karyeranızın açarı olacaq! İstənilən qapının açarını düzgün seçməyə isə sizə eGlobal Connections şirkətinin təcrübəli mütəxəssisləri kömək edəcək!
|